EN

Keniyada ABŞ-nin Ebola mərkəzinə qarşı etirazda 2 nəfər ölüb

Keniyanın mərkəzi hissəsində, Laykipiya hərbi bazasında Ebola xəstələri üçün ABŞ-nin karantin mərkəzinin yaradılmasına qarşı keçirilən etirazlar zamanı iki nəfər həlak olub.

Qaziler.az xəbər verir ki, bu barədə təşkilatçılara və təhlükəsizlik xidmətindəki mənbələrə istinadən “Reuters” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, onların ölüm şəraiti hələlik qeyri-müəyyən olaraq qalır. Keniya Milli Polisi hadisə ilə bağlı şərh verməyib.

Bundan əvvəl "Citizen" telekanalı xəbər vermişdi ki, Nanyuki şəhərində yüzlərlə insan Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxma ehtimalı olan ABŞ vətəndaşları üçün mərkəzin yaradılması layihəsinə qarşı etiraz aksiyalarına çıxıb. Nümayiş iştirakçıları tonqallar qalayıb, yolları bağlayıb və polisə daş atıblar. Cavab olaraq hüquq-mühafizə orqanlarının əməkdaşları gözyaşardıcı qazdan istifadə edib və azı beş nəfər saxlanılıb.

QAZİLER.AZ

Chosen
12
qaziler.az

1Sources