EN

“Qiyamət buzlağı”nın dağıdacağı 6 ölkənin adı açıqlandı

Antarktidanın "Qiyamət buzlağı" kimi tanınan “Thwaites” buzlağının çökməsi altı ölkəyə xüsusilə təsir göstərə bilər.

Publika.az xəbər verir ki, bu barədə "Daily Express" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, dəniz səviyyəsinin yüksəlməsinin ən ağır nəticələri Böyük Britaniya, Niderland, ABŞ, Banqladeş, Tuvalu və Maldiv adalarına təsir göstərə bilər. Bəzi hallarda ayrı-ayrı şəhərlər və hətta bütün adalar daşqın riski altında ola bilər.

“Thwaites” buzlağı Qərbi Antarktika buz təbəqəsinin əsas komponentlərindən biridir. Amundsen dənizində yerləşən bu buzlaq təxminən 192.000 kvadrat kilometr ərazini əhatə edir. Okean sərhədi təxminən 120 kilometrə qədər uzanır ki, bu da dünyada mövcud olan bütün buzlaqların ən uzun hissəsidir.

Chosen
31
publika.az

1Sources