Özbəkistanın Səmərqənd şəhəri "Eco Expo Central Asia 2026 and 8th GEF Assembly"yə ev sahibliyi edir.
"Mərkəzi Asiya qlobal ətraf mühit gündəliyində, xüsusən də buzlaqlar, dağ ekosistemləri, səhralaşma, transsərhəd su əməkdaşlığı və iqlimə dayanıqlılıqla bağlı məsələlərdə getdikcə daha çox əhəmiyyət kəsb edir", - M. Babayev bildirib.
Onun sözlərinə görə, müzakirələr COP29-dan sonra dinamikanı qoruyub saxlamaq, iqlim və dayanıqlı inkişaf gündəlikləri üzrə icra, maliyyələşdirmə və praktiki nəticələrə diqqəti artırmaq üçün mühüm bir məqama təsadüf edir:
"Həftə ərzində məhsuldar fikir mübadilələrini və gücləndirilmiş tərəfdaşlıqları səbirsizliklə gözləyirik".