EN

Məsud Özil "Qarabağ"ı təriflədi: “Seyr etdim, yaxşı komanda qurublar”

"Qarabağ" Çempionlar Liqasında çox gözəl oynayıb.

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında 31-ci Bakı Enerji Forumu çərçivəsində Türkiyə nümayəndə heyətinin tərkibində Azərbaycana gələn Almaniya millisinin sabiq futbolçusu Məsud Özil deyib.

O, DÇ-2026-dakı favoritini də açıqlayıb:

"Qarabağ"ı seyr etdim. Çempionlar Liqasında çox gözəl oynadılar.

Yaxşı komanda qurublar. Onlara uğurlar diləyirəm. Dünya çempionatındakı favoritim isə Türkiyədir".

Yyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026-da 48 komanda çıxış edəcək.

Chosen
15
sportinfo.az

1Sources