EN

Qazaxıstan rəsmisi: Azərbaycan BTQ-nin reallaşdırılmasında böyük rol oynayıb

Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinin reallaşdırılmasına böyük həcmdə vəsait yatırıb.

APA-nın yerli bürosu xəbər verir ki, bunu "Qazaxıstan Dəmir Yolları"nın sədr müavini Erlan Kulşibayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, xəttin modernləşdirilməsi uğurla həyat keçirilib.

“Şübhəsiz Azərbaycan layihənin reallaşdırılmasında böyük rol oynayıb. Layihənin iştirakçı ölkələri birgə sinxronlaşdırılmış iş aparıb. Qazaxıstan tranzit ölkə kimi bu xəttə daha çox həcmdə yüklər cəlb edir”, - o vurğulayıb.

Erlan Kulşibayev xəttin rəsmi istismara verilməsini tarixi an adlandırıb.

O əlavə edib ki, Qazaxıstan bu prosesin iştirakçısı olmaqdan məmnundur.

Chosen
45
3
apa.az

4Sources