Bu gün səhər saatlarında Günəşdə M sinifli partlayış baş verib.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyasının “Telegram” kanalı məlumat yayıb.
Bildirilib ki, hadisə cəmi 3 dəqiqə davam edib və partlayış kiçik bir protuberansın atılmasına səbəb olub.
Mütəxəssislər bildirirlər ki, hazırda Günəş ümumilikdə sakit fazadadır. Lakin 3 iyun tarixində koronal dəlik səbəbilə zəif geomaqnit pozuntuların baş verəcəyi proqnozlaşdırılır.