EN

Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə qoşuldu - Foto

Bakcell 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid övladlarına hədiyyələr təqdim edib. Şirkət YAŞAT Fondunun təşəbbüsü ilə həyata keçirilən “Hədiyyə Karvanı” layihəsinə dəstək göstərib.

Layihə çərçivəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbçilərin 14 yaşadək 1600-dən çox övladına müxtəlif hədiyyələr çatdırılıb. Təşəbbüs ölkənin bütün bölgələrini əhatə edib.

Şirkətdən Sitat.info-ya  bildirilib ki, layihə Bakcell-in korporativ sosial məsuliyyət və dayanıqlılıq istiqamətində həyata keçirdiyi fəaliyyətlərin tərkib hissəsidir.

Qeyd olunub ki, Bakcell və YAŞAT Fondu şəhid ailələri və müharibə əlillərinin dəstəklənməsinə yönəlmiş sosial layihələri əməkdaşlıq çərçivəsində davam etdirirlər.

Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətlərindən biridir. Şirkət hazırda üç milyondan çox abunəçiyə xidmət göstərir və NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

Chosen
21
3
sitat.info

10Sources