EN

Tolik “Space” TV-yə mesaj göndərdi: “Heç nə orada qala bilməz”

Tarix Əliyev (Tolik) “Space” TV-dən ayrılan həmkarı Könül Muxtarova ilə bağlı paylaşım edib.

O, sosial media hesabında Muxtarovanın çıxışını paylaşaraq yazıb:

“Sən “Space” telekanalına mənə görə gəlmişdin və mən də sənə görə studiyada olan hər şeyi orada saxlamışdım. Sən orada yoxsansa, o studiyada olan kreslolarım, güllərim və barabanıma qədər heç nə orada qala bilməz”.

Qeyd edək ki, teleaparıcı K.Muxtarova “Space” TV-də “Sevilən səhər” verilişinə aparıcılıq edirdi. O, açıqlama verərək 3 aydır maaşını ala bilmədiyinə görə kanal ilə yollarını ayırdığını bildirib. Ondan əvvəl isə həmin studiyada Tarix Əliyevin təqdimatında “Tarixin bir günü” verilişi yayımlanırdı./Yeni Sabah

Chosen
18
5
musavat.com

6Sources