EN

Daha 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək

107 və 107A nömrəli marşrutlar üzrə sərnişinlərə müasir avtobuslar xidmət göstərəcək.
Bu barədə BUTA.TV-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, bu marşrutlar “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzini Buzovna qəsəbəsi və Maştağa qəsəbələri ilə əlaqələndirir. İyunun 3-dən hər iki şəhərətrafı marşrut üzrə sərnişinlərə müasir avtobuslarla xidmət göstəriləcək.

Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,65 AZN müəyyən edilib.

Chosen
41
6
buta.tv

10Sources