107 və 107A nömrəli marşrutlar üzrə sərnişinlərə müasir avtobuslar xidmət göstərəcək.Bu barədə BUTA.TV-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, bu marşrutlar “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzini Buzovna qəsəbəsi və Maştağa qəsəbələri ilə əlaqələndirir. İyunun 3-dən hər iki şəhərətrafı marşrut üzrə sərnişinlərə müasir avtobuslarla xidmət göstəriləcək. Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,65 AZN müəyyən edilib.