EN

Ata ana qayğısından məhrum böyümüş Muradın nümunəvi uğur yolu

ain.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Uşaq yaşlarından ata-ana qayğısından məhrum böyümüş Murad ilin tələbəsi seçilib.

"Unikal" "Azərbaycan Universitetləri"nə istinadən xəbər verir ki, nümunəvi tələbəlik illəri yaşamış Muradın uğur yolunu təqdim edirik: 

5 il əvvəl - 17 yaşında 669.4 balla Bakı Ali Neft Məktəbinin Biznesin idarəolunması ixtisasına qəbul olub, Prezident təqaüdünə layiq görülüb.O, BANM-ı yüksək nəticələrlə bitirib.Hazırda Murad dünyanın ən yaxşı 10 universitetindən biri olan Sinqapur Milli Universitetinin Maliyyə analizi və mühasibatlıq ixtisasına illik 55 min ABŞ dolları məbləğində təqaüdlə qəbul alıb. 

Tələbəlik dövründə müxtəlif hakatonlarda iştirak edib və qalib olub.

Teknofest-2024 yarışında II yerə layiq görülüb.

Erasmus təqaüdü qazanaraq Polşanın AGH Elm və Texnologiya Universitetində təhsil alan yeganə tələbə olub.SOCAR Könüllüləri qrupunun ilk üzvlərindən biri olub, qrup rəhbəri olurAzərbaycan Təhsil İşçiləri Həmkarlar İttifaqı Komitəsinin “Adlı təqaüd”ünə layiq görülüb.İtaliya, Albaniya, Türkiyə və digər ölkələrdə keçirilən beynəlxalq təlimlərdə iştirak edərək ölkəmizitəmsil edib.2024-cü ildə Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə təsis olunan “İlin Könüllüsü” mükafatına layiq görülüb.TV-də İntellektual verilişlərdə iştirak edib və qalib olub.Azərbaycan Biznes Keys Müsabiqəsinin ikiqat yarımfinalçısıdır.Hazırda Kapital bankda Maliyyə menecmenti departamentində mütəxəssis vəzifəsində çalışır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
18
1
unikal.az

2Sources