Fanat portalından alınan məlumata görə, ain.az xəbər verir.
Türkiyə Trendyol 1-ci Liqasında çıxış edən "Vanspor" klubunda gözlənilməz və olduqca təqdirəlayiq bir hadisə yaşanıb.
Fanat.Az xəbər verir ki, klubun rəhbəri vəzifəsindən yeni ayrılan Erol Temel ictimaiyyətə səs-küylü bir bəyanatla müraciət edib.
Sabiq prezident klubun maliyyə yükünü azaltmaq və gələcək fəaliyyətinə dəstək olmaq məqsədilə böyük bir fədakarlıq etdiyini açıqlayıb. O, öz şəxsi büdcəsindən komandaya xərclədiyi düz 160 milyon türk lirəsi dəyərindəki vəsaiti geri tələb etməyərək rəsmi şəkildə "Vanspor" klubuna bağışladığını elan edib.
Erol Temelin bu tarixi və alicənab addımı həm klub rəhbərliyi, həm də azarkeşlər tərəfindən böyük rəğbət və minnətdarlıqla qarşılanıb.
Abunə Ol
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.