Avropa Parlamenti cümə axşamından etibarən daxili kompüterlərini "Google" əvəzinə Fransanın axtarış sistemi "Qwant"dan istifadəyə keçirəcək.
"Report" xəbər verir ki, qərar Avropa Parlamentinin üzvlərinə daxili bildirişdə çatdırılıb.
Qeyd olunub ki, "Qwant" 4 iyun tarixindən etibarən Avropa Parlamentinin kompüterlərində standart axtarış sistemi olacaq.
Dəyişiklik qurumun rəqəmsal suverenlik və istifadəçilərin şəxsi məlumatlarının qorunması ilə bağlı siyasəti ilə izah olunub.