EN

Yol qəzası ölümlə nəticələndi

Yazını böyüt
Yazını kiçilt

Biləsuvar rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə Yeni Ələt-Astara magistral avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində baş verib.

Hafta.az xəbər verir ki, ilkin məlumata görə, eyni istiqamətdə hərəkətdə olan iki kiçik tutumlu yük avtomobili toqquşub. Belə ki, arxadan gələn yük avtomobili qarşıda hərəkət edən digər yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində Masallı rayonunun Ərkivan qəsəbə sakini Ələddin Babayev aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır, qəzanın başvermə səbəbləri müəyyənləşdirilir.

Chosen
17
1
hafta.az

8Sources