EN

Tumasyan: Rusiya Köçəryanı hakimiyyətə gətirmək istəyir

BAKI, 3 iyun. TELEQRAF

“Rusiyanın iyunun 7-də keçiriləcək parlament seçkilərindən əvvəl tətbiq etdiyi məhdudiyyətlər Ermənistana qarşı siyasi təzyiqdir. Amma Kreml vəziyyəti düzgün qiymətləndirmir, bütün bunlar əks təsir göstərəcək”.

Teleqraf xəbər verir ki, bunu erməni politoloq Giorgi Tumasyan deyib.

Ekspert bildirib ki, Rusiya bunu ona tabe qüvvələrin Ermənistanda hakimiyyətə gəlməsi üçün edir.

“Səfir Sergey Kopırkin Rusiya tərəfindən geri çağırılıb, indi onun vəzifələrini Robert Köçəryan yerinə yetirir. Ermənistan qubernator Köçəryan və Serj Sərkisyanın dövründə inkişaf etdi, yoxsa talan edildi və məhv edildi?”.

Tumasyan əlavə edib ki, radikal müxalif və Rusiya 7 iyun seçkilərində sarsıdıcı məğlubiyyətə uğrayacaq.

Chosen
36
teleqraf.com

1Sources