EN

Federasiya rəhbəri: Zikh xalqının Azərbaycanla dərin tarixi bağları var

"Zikh xalqının Azərbaycanla və xüsusilə Bakı ilə dərin tarixi bağları var".

APA xəbər verir ki, bunu Kanadada Zikh Federasiyasının rəhbəri Moninder Sinqh Hindistan hökumətinin etnik azlıqlaraqarşı repressiv siyasətinə həsr edilmiş “İyun 1984, Amritsar hadisələri: Hindistanın etnik azlıqlara qarşı transmilli repressiyaları soyqırım kontekstində” adlı beynəlxalq konfransdakı çıxışında deyib.

"Tarix boyu dini şəxsiyyətlərimiz, səyyahlarımız və tacirlərimiz bu torpaqlardan keçiblər. Həmçinin dilimizdə olan yazılı abidələrdən biri də Atəşgah Məbədi ərazisində mövcuddur. Buna görə də Azərbaycanla aramızda köklü tarixi əlaqələr mövcuddur. Biz bu gün dünyanın sürətlə dəyişdiyi bir dövrdə Azərbaycan xalqı ilə əməkdaşlıq etmək imkanını yüksək qiymətləndiririk. Geosiyasi münasibətlər dəyişir. Dünya iki il əvvəl olduğu kimi deyil və iki il sonra da bugünkü kimi olmayacaq.Yeni tərəfdaşlar tapmaq, həmrəylik qurmaq və xalqların sülh içində birgə yaşamasının yollarını müəyyənləşdirmək bu gün bəşəriyyətin qarşısında duran əsas çağırışlardan biridir”, - federasiya rəhbəri vurğulayıb.

O, 1984-cü ilin iyununda baş verən Amritsar hadisələrinə toxunaraq qeyd edib ki, Azərbaycanda da buna bənzər tarixi yaddaş nümunəsi var: “Qara Yanvar. O zaman xalqınız azadlıq uğrunda mübarizə apararkən yüzlərlə insan həyatını itirmiş, yüzlərlə insan yaralanmışdı. Bu gün sizinlə bizim aramızdakı əsas fərq ondan ibarətdir ki, siz artıq öz dövlətinizi qurmusunuz, dilinizi, mədəniyyətinizi və irsinizi qoruyursunuz. Biz isə hələ də eyni məqsədlər uğrunda mübarizə aparırıq. Əslində mübarizələrimiz arasında böyük fərq yoxdur; fərq yalnız bizim mübarizəmizin daha uzun sürməsindədir”.

Chosen
18
1
apa.az

2Sources