EN

“Şəfa”dan ayrılan Elgiz Kərəmli hansı kluba üz tutur?

sport24.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Şəfa" ilə yollarını ayıran Elgiz Kərəmlinin yeni iş yeri ilə bağlı iddialar gündəmə gəlib. Sport24.az-ın əldə etdiyi məlumata görə, gənc mütəxəssis elitanı tərk edən "Karvan-Yevlax"da baş məşqçi postuna gətirilə bilər.Kərəmli məsələ ilə bağlı saytımıza açıqlamasında bunları dedi:"Klublardan maraqlananlar olsa da, hələ ki, rəsmi təklif almamışam. Komandaların adını demək düzgün olmaz. Yəqin ki, iyunun 5 və ya 10-na kimi təklif göndərərlər, bəlkə də fikirlərini dəyişərlər. Bu ərəfələrdə istəmirəm adım hansısa klubla hallansın. Bəzi məsələlər var ki, həll olunmalıdır. Bundan sonra danışıqlara başlayacam".Qeyd edək ki, başa çatan mövsümdə Elgiz Kərəmlinin "sükanı arxasında" olduğu "Şəfa" Premyer Liqaya yüksəldib. Buna baxmayaraq, tərəflər mövsümün sonunda əməkdaşlığa son qoyublar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
12
1
sport24.az

2Sources