Idman.biz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
“Şəfa” ilə yollarını ayıran Elgiz Kərəmlinin yeni iş yeri ilə bağlı iddialar gündəmə gəlib.
İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, gənc mütəxəssis elitanı tərk edən “Karvan-Yevlax”da baş məşqçi postuna gətirilə bilər.E.Kərəmli məsələ ilə bağlı bunları deyib:“Klublardan maraqlananlar olsa da, hələ ki, rəsmi təklif almamışam. Komandaların adını demək düzgün olmaz. Yəqin ki, iyunun 5 və ya 10-na kimi təklif göndərərlər, bəlkə də fikirlərini dəyişərlər. Bu ərəfələrdə istəmirəm adım hansısa klubla hallansın. Bəzi məsələlər var ki, həll olunmalıdır. Bundan sonra danışıqlara başlayacam”.Qeyd edək ki, başa çatan mövsümdə Elgiz Kərəmlinin “sükanı arxasında” olduğu “Şəfa” Premyer Liqaya yüksəldib. Buna baxmayaraq, tərəflər mövsümün sonunda əməkdaşlığa son qoyublar.
İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.