EN

"Gəncə"nin voleybolçusu Ukrayna millisində

"Gəncə"nin voleybolçusu Olena Napalkova Ukrayna millisinə dəvət alıb.

Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

Ukrayna millisinin polşalı baş məşqçisi Yakub Qluşak voleybolçuya Millətlər Liqası və Avropa çempionatının oyunları üçün dəvət göndərib.

Millətlər Liqasının ilk həftəsi Kanadada təşkil olunacaq. İyunun 3–7-də Ukrayna millisi ABŞ, Almaniya, Yaponiya və Fransa ilə qarşılaşacaq.

Avropa çempionatında isə B qrupunda yer alan Ukrayna yığması avqustun 21–27-də Çexiyada mübarizə aparacaq.

FIVB-nin məşqçi-instruktoru Cengiz Akarçeşme Azərbaycan yığmasının üzvləri ilə görüşüb

Azərbaycan yığmasının Avropa Liqası üçün heyəti açıqlanıb

Qadın voleybolçulardan ibarət millimiz xaricdəki təlim-məşq toplanışını yekunlaşdırıb

Millimiz Belarus klubuna məğlub olub

EuroVolley-2026-nın rəsmi topları təqdim olunub

Chosen
27
2
apasport.az

4Sources