EN

“Neftçi”nin baş məşqçisi “qara siyahı”sını rəhbərliyə verdi

«Neftçi»ni iki illik aradan sonra Avropaya qaytaran Yuri Vernidub klub rəhbərliyi ilə görüşüb.

Baş məşqçi növbəti mövsümlə əlaqəli geniş müzakirələr aparıb.

Ukraynalı çalışdırıcı transfer bazarını əhatə edən planlarından danışıb.

Vaxtilə «Şerif»i Çempionlar Liqasının qrup mərhələsinə daşımış təcrübəli mütəxəssis diqqəti ilk növbədə mövcud heyətə yönəldib.

«Ağ-qaralar» bir neçə gün əvvəl Vensan Abubakar, Edvin Kuç, Kristian Kostin və Murad Məmmədovla vidalaşıb.

Gedənlərin siyahısı onlarla məhdudlaşmayacaq. Çünki Vernidub islahatların davam etdirilməsini istəyib.

Azərbaycanda yeddinci ayını keçirən sükançının «qara siyahı»sı uzundur - orada daha 5 nəfərin adı var. Vernidubun daha xidmətində maraqlı olmadığı oyunçuların hamısı əcnəbidir.

Klub rəsmiləri baş məşqçinin sözündən kənara çıxmır - o, kimlərin üstündən xətt çəkibsə, hər biriylə ayrı-ayrılıqda danışıqları davam etdirirlər.

Vida sənədinə ikitərəfli imza atdırmaq, əməkdaşılğa xitam vermək üçün.

SPORTİNFO.AZ

Chosen
24
sportinfo.az

1Sources