EN

Bəhreyn ölkəni hədəfə alan raket və PUA-ları zərərsizləşdirib

Qahirə, 3 iyun, AZƏRTAC

Bəhreyn ərazisi üç raket və bir neçə pilotsuz uçuş aparatları (PUA) ilə hücuma məruz qalıb.

AZƏRTAC Bəhreynin Müdafiə Qüvvələrinin Baş Komandanlığının bəyanatına istinadla xəbər verir ki, ölkəni hədəfə alan raket və PUA-lar hava hücumundan müdafiə sistemləri tərəfindən uğurla zərərsizləşdirilib.

Bəyanatda ölkə sakinləri hücumların nəticəsində yaranmış qalıqlara, şübhəli əşyalara yaxınlaşmamağa çağırılıb. Bildirilib ki, belə hallarla qarşılaşdıqda dərhal aidiyyəti qurumlara məlumat verilməlidir.

Baş Komandanlıq, həmçinin bildirib ki, mülki obyektlərin və şəxsi mülkiyyətin hədəfə alınması beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır.

Xatırladaq ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu Amerika Birləşmiş Ştatlarının son hücumlarına cavab olaraq Yaxın Şərqdəki bəzi hədəflərə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini açıqlayıb.

Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Chosen
14
2
azertag.az

3Sources