EN

Hoteldə quldurluq edən şəxs saxlanıldı

BAKI, 3 iyun. TELEQRAF

Paytaxtın Nəsimi rayonu ərazisində yerləşən otellərin birində naməlum şəxs zərərçəkənə fiziki zor tətbiq edərək 4700 manat dəyərində mobil telefonunu ələ keçirib.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə törətməkdə şübhəli bilinən Ə.Mürsəlov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.

Chosen
27
2
teleqraf.com

8Sources