EN

“Azərlotereya” ASC 2025-ci il üzrə maliyyə hesabatını açıqlayıb

Azərbaycanın  qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb. Hesabata görə, şirkət 2025-ci il üçün 100,7 milyon manat vergi ödəyib ki, bunun 83,3 milyon manatı sadələşdirilmiş və mənfəət vergisindən ibarətdir. Qeyd edək ki, 2024-cü ildə bu göstərici 70,3 milyon manat olub.

2025-ci ildə “Azərlotereya”nın satışdan gəlirləri 373,7 milyon manat təşkil edib. Lotereya iştirakçıları üçün ayrılmış uduş fondu artıb, şirkətin xalis mənfəəti isə 73,9 milyon manat olub.

Eyni zamanda şirkət 2025-ci ildə 4,8 milyon manat investisiya edərək uzunmüddətli aktivlərini 44,6 milyon manatdan 49,4 milyon manata yüksəldib. İl sonu üzrə “Azərlotereya”nın cəmi aktivləri 130,4 milyon manat təşkil edib, 2024-cü ilin sonunda isə bu göstərici 115,1 milyon manat olub.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan”

Chosen
7
15
azerbaijan-news.az

10Sources