“İlin həkimi”, “İlin psixoloqu” kimi bu cür adlara tez-tez rast gəlmək olur.
Bəs görəsən, insanlarda bu cür adlara, şöhrətpərəstliyə meyillilik nə ilə bağlıdır? Onlar bunu daha çox pul qazanmaq, pasient cəlb etmək üçünmü edirlər, yoxsa bu yolla özlərini təsdiqləməyə çalışırlar?
Demokrat.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan tanınmış psixoloq Samirə Bağırova bildirib ki, bu, özünü və ətrafını aldatmaqdır:
“Bu məsələ özünü reklam, özünü təsdiqləmək kimi səslənsə də əslində olan, özünü və çevrəni aldatmaqdır. İlk başda müsabiqəyə cəlb edən təşkilatçılar, iştirakçıları şirnikləşdirib aldararaq, mədəni şəkildə gözdən pərdə asaraq pullarını mənimsəyirlər. Daha sonra iştirakçı həkim və ya psixoloq, yaxud sahəsindən asılı olmayaraq, hər kimsə özü- özünü aldadır. Sonra öz pulu ilə aldığı mükafatı reklam edərək tamaşaçını aldadır. Halbuki ilin adını almaq üçün yaşanan bütün emosiyalar üçün pul ödəyib. Bu gün zəncirvari yalandan ibarət bir həyatın içindəyik. Bunun kimi süni reklamlar işgüzar səhər yeməklərinin təşkilində, televiziya kanallarında da geniş yayılıb”.
Psixoloq yerli telekanallarda yayımlanan sosial layihələrdə həkim kimi yer almaq üçün xeyli pul tələb olunduğunu açıqlayıb:
“Məndən Xəzər telekanalında Lalə xanımın verilişində 1 ay ekspert kimi oturmaq üçün 20 min manat, Xoşqədəm xanımın və Zaurun verilişində isə 15-18 min manat pul istəmişdilər. Təkcə bir dəfə verilişdə oturmaq üçün isə 2000-2500 manat ödənilməlidir. Mən başa düşürəm, əgər sən hər hansısa məhsulu reklam etmək istəyirsənsə, bu, normal ola bilər. Kanallara və verilişlərə görə qiymət dəyişir, amma özünü reklam üçün bu pullar kimə gedir? Əlbəttə ki, aparıcıya. Eləcə də tədbir təşkilatçılığından tutmuş, radio və televiziyaya qədər, istər həkim, istər psixoloq, istər qeyri biri - hər kəs özünü reklam üçün pul ödəyir.
Məsələyə məntiqlə yanaşsaq, Azərbaycanda psixoloq tək seanslardan ayına heç 5 min qazanmır axı. Tanınmaq, məşhur olmaq üçün maşınını, qızılını satanlar var. Halbuki pasient qəbul etməyə bir ofisi belə yoxdur. Şəxsən mən heç bir ödənişli tədbirə qatılmıram. Təşkilatçılara da deyirəm ki, “sizi dəvət edirik” deməyin. Deyin ki, ödənişiniz müqabilində iştirak edə bilərsiniz. Həqiqətən qonaq qismində dəvət olunduqda gedirəm. Eləcə də televiziya və radiolara da bu şəkildə gedirəm”.
Psixoloq pul müqabilində hansısa tədbirə, televiziya və ya radio verilişlərinə qatılmadığını qeyd edib:
10Sources
-
yenilik.azZaurun, Xoşqədəmin verilişinə çıxmaq üçün bu qədər pul tələb olunur - İDDİA ( 3102538)
-
redaktor.az"Verilişlərində 1 ay ekspert kimi oturmaq üçün 20 min manat istəmişdilər" - Psixoloq ( 3100699)
-
sitat.infoZaurun, Xoşqədəmin verilişinə çıxmaq üçün bu qədər pul tələb olunur ( 3099100)
-
demokrat.azZaurun, Xoşqədəmin verilişinə çıxmaq üçün bu qədər pul tələb olunur — İDDİA ( 3091162)
-
azsabah.comZaurun, Xoşqədəmin verilişinə çıxmaq üçün bu qədər pul tələb olunur - İDDİA ( 3088879)
-
big.azZaurun, Xoşqədəmin verilişinə çıxmaq üçün bu qədər pul tələb olunur ( 3088843)
-
sonxeber.azZaurun, Xoşqədəmin verilişinə çıxmaq üçün bu qədər pul tələb olunur ( 3088750)
-
qlobal.netZaurun, Xoşqədəmin verilişinə çıxmaq üçün bu qədər pul tələb olunur ( 3088258)
-
moderator.azZaurun, Xoşqədəmin verilişinə çıxmaq üçün bu qədər pul tələb olunur – İDDİA ( 3088252)
-
saglamolun.azZaurun, Xoşqədəmin verilişinə çıxmaq üçün bu qədər pul tələb olunur - İDDİA ( 3088015)