EN

Zərərsiz hesab etdiyimiz vərdişlər mədə xərçəngi yaradırmış

Həddindən artıq çox yemək və ya ayaqüstü istehlak vərdişi mədə xərçənginə səbəb olan zərərsiz faktorlardandır.

Publika.az xəbər verir ki, bu barədə rusiyalı onkoloq və cərrah Beslan Balkarov xəbərdarlıq edib.

Mütəxəssisin sözlərinə görə, mədədə xərçəng hüceyrələrinin digər potensial səbəbi “Helicobacter pylori” bakteriyasıdır. Onkoloq qeyd edib ki, bu patogenə yoluxma ən çox yuyulmamış əllər və ya başqasının qab-qacaqlarından istifadə nəticəsində baş verir.

“Mədədəki bakteriyaların fəaliyyəti nəticəsində ilk növbədə “adi” mədə-bağırsaq xəstəliklərinə, sonra isə mədə xərçənginə səbəb olan iltihabi proseslər inkişaf edir”, - Balkarov xəbərdarlıq edib.

Həmçinin, onun sözlərinə görə, pivə, pendir, hisə verilmiş və qurudulmuş qidalarda olan azot və azot turşuları da xəstəliyə səbəb ola bilər.

Chosen
137
10
publika.az

5Sources