EN

Aİ-nin Rusiyaya qarşı növbəti sanksiyalar paketinin əhatə edəcəyi sahələr açıqlanıb

Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı növbəti, 13-cü sanksiyalar paketinin əhatə edəcəyi sahələr açıqlanıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, məhdudiyyətlər daha çox alüminium sahəsini əhatə edəcək, eyni zamanda Rusiyanın enerji sənayesinə də təsir edəcək.

Bildirilib ki, bəzi Avropa ölkələri Rusiyaya qarşı sanksiyaların əleyhinədir.

Həmçinin qeyd olunub ki, Aİ Rusiyaya qarşı yeni sanksiyaların hazırlanmasında çətinlik çəkir. Çünki ən böyük təşkilatlar və obyektlər artıq embarqo altındadır.

Qeyd edək ki, Aİ Rusiyaya qarşı 13-cü sanksiyalar paketini artıq müzakirə etməyə başlayıb. Növbəti məhdudiyyətin Ukraynadakı müharibənin ikinci ildönümünə - fevralın 24-nə qədər qüvvəyə minməsi gözlənilir.

Chosen
475
40
report.az

10Sources