AZ

Rusiya və ukraynalılar üçün sərt qərar: Martın 7-dək...

Tarix: 25 Fevral 2024 18:24

Şri-Lanka hakimiyyəti Rusiya və Ukrayna vətəndaşlarına uzunmüddətli turist vizalarının müddətini uzatmamaq qərarına gəlib.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Şri-Lankanın Miqrasiya Xidmətinin baş komissarı Harşa İlukpitiya AFP-yə müsahibəsində bildirib.
İlukpitiyanın sözlərinə görə, hökumət bundan sonra viza müddətini uzatmayacaq. Rəsmi əlavə edib ki, "uçuşlarla bağlı vəziyyət normallaşıb" və buna görə də "evə qayıtmaqda heç bir problem yoxdur".
O vurğulayıb ki, belə vizası olan şəxslər martın 7-dək Şri-Lankanı tərk etməlidirlər.
Milli.Az

Seçilən
532
4
sonxeber.net

10Mənbələr