Soyuq havalarda insanların ən çox əziyyət çəkdiyi problem boğaz ağrısıdır. Sağlamolun.az boğaz ağrısını aradan qalıran bitki çayarını təqdim edir:Adaçayının yarpaqlarında olan uçucu komponentlər ağız və boğaza yerləşən infeksiyanı, iltihabı aradan qaldırır. Lakin uçucu komponentlərdən təsirli bir şəkildə faydalana bilmək üçün dəmləmə texnikası da əhəmiyyətlidir. 2-3 paket adaçayının üzərinə 1 stəkan qaynar su əlavə edib, ağzını bağlayın, 10-15 dəqiqə dəmlənməsini gözləyin. Gündə 2 fincana qədər içə bilərsiniz.
Â
Boğaz quruluğuna qarşı nanə çayı
Â
Nanə çayının tərkibində olan uçucu komponentlər boğazın yumşalmasına və quruluğu aradan qaldırılmasına kömək olur. Bu səbəbdən də gündə 1-2 fincan içə bilərsiniz. Lakin reflüks probleminiz varsa, uzaq durun.
Â
Boğaz ağrısına qarşı nar qabığı
Â
Narın qabığında olan polifenolik komponentlər boğaz infeksiyalarına səbəb olan bakteriyaların fəaliyyətini azaldır. Nar qabığını tullamaq əvəzinə qurudub çay kimi için. 2 çay qaşığı qurudulmuş nar qabığının üzərinə 1 stəkan isti su əlavə edərək, şüşə fincanda 10 dəqiqə dəmləyin və için.
Â
Mixək göynəmə hissini aradan qaldırır
Â
Mixəyin tərkibində olan uçucu komponent boğazdakı yanma, göynəmə hissini aradan qaldırır. Ağız, boğaz yolu infeksiyaları zamanı antiseptik və ağrını aradan qaldıran xüsusiyyəti var. Mixəyi əzərək içəcəyiniz çaya əlavə edə bilərsiniz.
Â
Biyan kökü bəlğəmi aradan qaldırır
Â
Tərkibində olan saponin tipi komponentlər boğazda yaranan bəlğəmin yumşalmasını təmin edir. 3 stəkan suya 3 çay qaşığı biyan kökü əlavə edin, 15 dəqiqə dəmlədikdən sonra hər gün içə bilərsiniz.
Saglamolun.Az