Rusiya hökuməti baş nazirin müavini Aleksey Overçukun Azərbaycan Respublikasına səfəri ilə bağlı məlumat yayıb.
Modern.az xəbər verir ki, məlumat Rusiya hökumətinin rəsmi informasiya resurslarında dərc olunub:
"Yanvarın 23-də Azərbaycan Respublikasına səfəri çərçivəsində Rusiya Baş nazirinin müavini Aleksey Overçuku Azərbaycan Prezidenti İlham Əliyev qəbul edib, onunla ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.
Görüşdə iqtisadiyyatın demək olar ki, bütün sahələrini əhatə edən və gələcək inkişaf üçün yüksək potensiala malik Rusiya-Azərbaycan əməkdaşlığının uğurlu mütərəqqi inkişafı vurğulanıb.
2024–2026-cı illər üçün Rusiya-Azərbaycan əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə fəaliyyət planının imzalanmasının vacibliyi qeyd edilib.
Söhbət zamanı Rusiya Federasiyası və Azərbaycan Respublikası üçün qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub".