AZ

Rusiya hökuməti Overçukun Bakı səfəri barədə məlumat yaydı

Rusiya hökuməti baş nazirin müavini Aleksey Overçukun Azərbaycan Respublikasına səfəri ilə bağlı məlumat yayıb.

 

Modern.az xəbər verir ki, məlumat Rusiya hökumətinin rəsmi informasiya resurslarında dərc olunub:

 

"Yanvarın 23-də Azərbaycan Respublikasına səfəri çərçivəsində Rusiya Baş nazirinin müavini Aleksey Overçuku Azərbaycan Prezidenti İlham Əliyev qəbul edib, onunla ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.

 

Görüşdə iqtisadiyyatın demək olar ki, bütün sahələrini əhatə edən və gələcək inkişaf üçün yüksək potensiala malik Rusiya-Azərbaycan əməkdaşlığının uğurlu mütərəqqi inkişafı vurğulanıb.

 

2024–2026-cı illər üçün Rusiya-Azərbaycan əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə fəaliyyət planının imzalanmasının vacibliyi qeyd edilib.

 

Söhbət zamanı Rusiya Federasiyası və Azərbaycan Respublikası üçün qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub".

Seçilən
334
40
modern.az

10Mənbələr