Dövlət müəssisələrinin rəqəmsallaşdırılması üçün nəzərdə tutulan "Digital Bridge" ("Rəqəmsal körpü") layihəsi, demək olar ki, başa çatıb.
“İki sahil” xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi Elturan Əhmədbəyli Bakıda keçirilən "Ticarətdə qeyri-tarif baryerləri" mövzusunda tədbirdə deyib.
"Rəqəmsal layihələrimizin mühüm hissəsi dövlət müəssisələrinin rəqəmsallaşdırılmasıdır. Bunu üçün "Digital Bridge" adlı layihəmiz mövcuddur və demək olar ki, tamamlanıb. Bundan başqa, nazirliyin hazırda üzərində işlədiyi daha bir layihə kiçik və orta biznesin (KOB) rəqəmsallaşdırılmasıdır", - deyə o bildirib.