EN

Astarada ana və qızı dəm qazından öldü – FOTOLAR

Astarada dəm qazından ölüm halı baş verib.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Pensər kəndində olub.

Belə ki, kənd sakini 1966-cı il təvəllüdlü Nazənin Cəmil qız Şükürova və anası 1944-cü il təvəllüdlü Tahirə Şirəli qızı Əliyeva yaşadıqları evin hamamında ölü tapılıb.

Hadisə Ş.Nazəninin yaşlı anasını hamamda çimizdirərkən dəm qazının sızması zamanı baş verib.

Qeyd edək ki, hər iki şəxs Pensər kənd 2 saylı məktəbində müəllim işləyib.

Faktla bağlı araşdırma aparılır.


Chosen
271
27
konkret.az

10Sources