Astarada ana və qızı bədbəxt hadisə nəticəsində ölüb.Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Penser kəndində baş verib.Kənd sakini 1966-cı il təvəllüdlü Nazənin Cəmil qızı Şükürova və anası, 1944-cü il təvəllüdlü Tahirə Şirəli qızı Əliyeva hamamda dəm qazından boğularaq ölüblər. Məlumata görə hadisə vanna otağında baş verib.Qeyd edək ki, hər iki şəxs kənd məktəbində müəllim işləyib.Faktla bağlı araşdırma aparılır.