Polşanın Milli Müdafiə naziri Mariuş Blaşak Polşa Ordusunu 300 min əsgərlə Avropanın ən güclü quru ordusuna çevirmək niyyətində olduğunu açıqlayıb.
Modern.az xəbər verir ki, bu barədə Polşa radiosu məlumat yayıb.
O bildirib ki, Rusiyanın Polşaya girməyə cəsarət etməməsi üçün təcavüzkarı cilovlamaq vacibdir. Buna görə də ölkə ən güclü quru ordusunu yaratmağı planlaşdırır.