EN

Naxçıvanda XTQ “düşmən” hədəflərini məhv etdi

Daxili Qoşunların Naxçıvandakı birləşməsinin xüsusi təyinatlıları təyin edilmiş şərti düşmən hədəflərini məhv ediblər.

Publika.az xəbər verir ki, hazırlıq planına uyğun olaraq döyüş atışlı məşğələyə cəlb edilmiş hərbi qulluqçular snayper tüfənglərindən, müxtəlif çaplı atıcı silahlardan, tapança və qumbaraatanlardan praktiki atışlar yerinə yetiriblər.

Çətin hava və relyef şəraitində snayper cütlüklərinin maskalanma tədbirlərinə əməl etdikləri məşğələyə zirehli texnikalar da cəlb edilib.

Chosen
416
20
publika.az

10Sources