EN

On dörd yaşlı qızla olay: "Gecə aşağı düşdüm, araq içirdilər, qaranlıqda..."

Naxçıvan şəhərində 2001-ci il təvəllüdlü Nəcəf yetkinlik yaşına çatmayan Nəzrinə (adlar şərti verilib – red.) təcavüz edib.

Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, Nəcəf ötən il aprelin 6-dan başlayaraq Naxçıvan şəhərində müxtəlif vaxtlarda və yerlərdə 16 yaşına çatmayan Nəzrinlə bir neçə dəfə, təkrar qeyri-təbii yolla cinsi əlaqədə olaraq ona qarşı seksual xarakterli hərəkətlər edib.

İstintaq orqanı tərəfindən Nəcəfin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

"Razılıq verdi, əlindən tutdum"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nəcəf ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, avtobus parkında usta köməkçisi işləyib, atası isə avtobus parkında çilingərmiş:

“Nəzrini 2023-cü ilin aprelin 5-dən tanımışam. Orta məktəbin 9-cu sinfində oxuyurdu. İlk dəfə məktəbin qabağında gördüm, ondan xoşum gəldi. Ona yaxınlaşıb dedim ki, səndən xoşum gəlir, tanış olaq, bir-birimizi tanıyaq. Nəzrin də tanışlığımıza razılıq verdi, mənimlə söhbət edə-edə Naxçıvan Dövlət Universitetinin yanında dikə qalxdıq.

Oradan aşağı endiyimiz zaman Nəzrin mənimlə münasibət qurmağa “hə” cavabını verdi, onunla əl-ələ tutaraq gəzməyə başladıq”.

Təqsirləndirilən şəxs qeyd edib ki, söhbət edəndə bir-biriləri ilə əlaqə saxlamaq üçün “İnstagram” hesablarını alıblar: “Mən özümün “İnstagram” hesabımı Nəzrinə, o da öz istifadəsində olan “İnstagram” hesabını mənə verdi.

Nəzrin telefonu olmadığını, nənəsinin telefonunu işlətdiyini dedi. Məktəbin yanına çatanda onun nənəsi bizi gördü. Nənə Nəzrinə hirslənərək “gəzdiyin oğlan kimdir” soruşdu. Mən də dedim ki, qızı ciddi istəyirəm. Nənəsi Nəzrini evə apardı”.

“Həmin oğlanam, Nəzrinlə mən gəzirəm”

Təqsirləndirilən şəxs bildirib ki, Nəzrinlə görüşəndən sonra babasının vəziyyəti pis olduğundan xəstəxanaya gedib: “Bir qədər sonra mənə bir nömrədən zəng gəldi. Telefonu açanda danışanın Şakir olduğunu bildim. Şakir məndən yerimi soruşdu, ona xəstəxanada olduğumu dedim.

Bundan sonra Nəzrinin atası idarə etdiyi avtomobillə məni götürdü və qəsəbəyə apardı. Binaların arxasına keçdiyimiz zaman Şakir həyat yoldaşına zəng vurdu. Onun yoldaşı da gələrək maşına əyləşdi.

Daha sonra Şakir anasına zəng vurdu və dedi ki, Nəzrinə de baxsın, həmin oğlandır? Mən də Şakirə “həmin oğlanam, Nəzrinlə mən gəzirəm” dedim. Şakir əlinin dalı ilə sifətimdən vurdu. Yoldaşına “sən düş, gəlirəm” dedi. Atama zəng vurdu, harada olduğunu soruşdu. Atam da “xəstəxananın qabağına gəlirəm” dedi.

Şakirlə ora getdik. Söhbət zamanı atam “üzrlü say, oğlumu tənbeh edəcəm” dedi. Şakir isə bildirdi ki, ikinci belə hərəkəti olsa, nəticəsi pis olacaq”.

“Anasının telefonu aldığını dedi”

Nəcəf deyib ki, buna baxmayaraq “İnstagram” sosial şəbəkəsində Nəzrinlə yazışıblar: “Münasibətlərimiz istiləşdiyi üçün şəxsi istifadəmdə olan mobil nömrəmi Nəzrinə verdim. Telefonu olmadığı üçün o, ev telefonu ilə zəng vuraraq mənimlə danışırdı. Ev telefonu ilə danışanda çox pul yazdığından Nəzrinə dedim ki, sənə sadə telefon və nömrə alacam. O da bununla razılaşdı.

50 manata “Nokia” markalı telefon və nömrə alaraq Nəzrinə verdim. Onunla məktəbin qabağında dərsdən çıxanda, evdə ailəsi olmayanda binanın qarşısında görüşürdük. Görüşəndə onun əlindən tutaraq yanağından və alnından öpmüşəm.

Nəzrinlə telefonda danışanda anası telefonu onun əlindən almışdı. Nəzrin ev telefonu ilə zəng vuraraq olanları mənə danışmışdı”.

“İntim münasibət olmadı”

Nəcəfin sözlərinə görə, daha sonra Nəzrin ev telefonu ilə ona zəng edib: “Həmin vaxt uşaqlarla birlikdə yeyib-içirdim. Nəzrin “atam gecə iş növbəsində olacaq, mən də darıxmışam” dedi. Bildirdim ki, mən də darıxmışam, ürəyim səni istəyir, gəlirəm səni görəm.

Nəzringilin məhləsinə getdim. Gecə saat 1 radələrində binanın həyətində siqnal verərək Nəzrini gözlədim. Bir qədər sonra gəldi. Nəzrinin əlindən tutaraq yanağından öpdüm, onu qucaqladım. Qucaqlayanda Nəzrinin qulağına “səni sevirəm” dedim. O da “mən də səni sevirəm” dedi.

Dedim ki, get, problem olar, atan gələr, görər. Nəzrin isə “getmək istəmirəm” dedi, məni öpdü. Həmin vaxt aramızda intim münasibət olmadı”.

“Problem olmayacağını söylədi”

Təqsirləndirilən şəxs qeyd edib ki, səhəri gün yenə gecə saat 1 radələrində Nəzringilin məhləsinə gəlib: “Yenə avtomobillə siqnal verdim. Ev telefonu ilə Nəzrin mənə zəng vurdu və görüşmək üçün evdən çıxacağını söylədi. Nəzrinə “qorxuram, atan görər, problem olar, evdən bilərlər” dedim. Amma Nəzrin problem olmayacağını söylədi.

Danışanda ona “sənə elə bir şey edəcəm, sən mənə bağlı olacaqsan, mən də sənə, heç kəs bizim aramıza girə bilməyəcək” dedim. Bunu deyəndə Nəzrinlə qeyri-təbii yolla cinsi əlaqədə olmağı nəzərdə tutdum. Avtomobili onların binasının kənarına verdim və arxa salonda oturdum.

Bir qədər sonra Nəzrin də gələrək avtomobildə arxada oturdu. Onu qucaqladım, dodağından və boynundan öpməyə başladım, onunla sevişdik. Nəzrinə “sənin ailən səni mənə verməyəcək, mən elə edəcəm, sən mənə bağlan, mən də sənə bağlanım” dedim.

Nəzrin məndən heç nə soruşmadı, dayanaraq mənə baxdı. Bu vaxt ona qeyri-təbii yolla cinsi əlaqədə olmağı təklif etdim. Nəzrin də razı oldu. Bizim intim münasibətimiz 2 dəqiqə çəkmədi. İntim münasibətdə olduqdan sonra Nəzrin paltarını geyindi, məni yenə qucaqladı. Mən ona dedim ki, get, bizi görərlər. Sağollaşdıq, Nəzrin də getdi”.

Chosen
324
3
publika.az

10Sources