EN

Fermer etirazı: Fransada hökumət geri addım atdı

Fransanın baş naziri Qabriel Attal fermerlerin uzun müddətdir ölkə daxilində davam edən etirazlarından sonra geri addım ataraq, fermerlərə 150 ​​milyon avroluq dəstəyi ehtiva edən yeni tədbirlər paketi hazırlayıb.

Publika.az xəbər verir ki, Fransada fermerlər etirazları ilə hökuməti geri çəkilməyə məcbur ediblər. Qabriel Attal açıqlamasında deyib: "İndi bütün Avropada sual verilir: Kənd təsərrüfatımızın gələcəyi varmı? Təbii ki, cavab bəllidir".

Attal həll yolu tapılana qədər yeni pestisid qadağasının olmayacağını vəd edib.

Attal Fransanın AB-nin Cənubi Amerika Ortaq Bazarı (MERCOSUR) ilə azad ticarət müqaviləsi imzalamasına qarşı çıxmağa davam edəcəyini təkrarlayıb:

"Fransanın bu müqaviləni qəbul etməsi müzakirə mövzusu deyil".

Chosen
319
40
publika.az

10Sources