EN

Xocalıda səsvermə başlayıb

124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin Xocalı şəhərində yerləşən seçki məntəqəsində səsvermə başlanır.














Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, növbədənkənar prezident seçkılərində sözügedən məntəqədə 546 seçici səs verəcək.






Qeyd edək ki, bu gün Azərbaycanda Prezident seçkiləri keçirilir. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb.






Seçici siyahılarında 6 milyon 478 min 623 seçicinin adı var. Onlar ölkə üzrə 6537 məntəqədə səs verəcəklər.

Chosen
293
5
ucnoqta.az

4Sources