EN

Məcburi köçkünlərin məskunlaşdığı binalarda təmir işləri ilə bağlı - TENDER ELANI

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Tikilməkdə Olan Müəssisələr Müdriyyəti açıq tender elan edir.

FED.az xəbər verir ki, elanda Bakı, Sumqayıt şəhərlərində, Abşeron, Ağcabədi, Beyləqan və Şəmkir rayonlarında məcburi köçkünlərin məskunlaşdığı binalarda təmir işləri nəzərdə  tutulur.

Müsabiqədə iştirak haqqı 350 manat təşkil edir .

Satınalan təşkilatın VÖEN-i : 1500325661

Satınalan təşkilatın ünvanı : Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 129

Müsabiqənin başlama tarixi və vaxtı : 19.09.2023 15:00

Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı : 10.10.2023 15:00

Təkliflərin son təqdim olunma tarixi və vaxtı : 18.10.2023 15:00

Zərflərin açılış tarixi və vaxtı : 19.10.2023 15:00

Ödəniş şərtləri : Forma 2

Çatdırılma yeri : Bakı şəhəri, Yasamal rayonu, Tblisi prospekti 129

Çatdırılma müddəti : 3 ay

Çatdırılma şərtləri : DDP

Tələb olunan sənədlər :

Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması

Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması

Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması

Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi

Sahibkarlıq subyektinin bölgüsü

Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması

Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması

İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş mənfəət vergisi bəyannaməsinin surəti

İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı

İxtisas göstəriciləri:

Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib

Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Səfərəliyev Ruslan , Aparıcı mühasib

Email: [email protected]

Əlaqə telefonu: 0124314745

Chosen
331
49
fed.az

10Sources