AZ

Avtomobillərin təmiri və onların ehtiyat hissələrinin satın alınması ilə bağlı -TENDER ELANI

Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC açıq tender elan edir.

FED.az xəbər verir ki, elanda “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin  balansında olan nəqliyyat vasitələrinin təmiri və onların ehtiyyat hissələrinin satın alınması nəzərdə  tutulur.

Müsabiqədə iştirak haqqı 350 manat təşkil edir .

Satınalan təşkilatın VÖEN-i : 1302005671

Satınalan təşkilatın ünvanı : Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi, 269

Müsabiqənin başlama tarixi və vaxtı : 19.09.2023 15:30

Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı : 11.10.2023 16:00

Təkliflərin son təqdim olunma tarixi və vaxtı : 19.10.2023 16:00

Zərflərin açılış tarixi və vaxtı : 20.10.2023 16:00

Ödəniş şərtləri : Köçürmə yolu ilə

Çatdırılma yeri : Bakı şəhəri

Çatdırılma müddəti : 2023

Çatdırılma şərtləri : DDP

Tələb olunan sənədlər :

Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması

Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması

Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə arayış (elandan sonrakı tarixə)

Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə arayış (elandan sonrakı tarixə)

Sahibkarlıq subyektinin bölgüsü

İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (bir ildən az müddətdə fəaliyyət göstərirsə həmin dövrü əhatə edən bank arayışı) (elandan sonrakı tarixə);

İxtisas göstəriciləri:

İddiaçının analoji işlər üzrə iş təcrübəsini təsdiq edən sənədlər

İddiaçının xüsusi mülkiyyətində olan texniki servis mərkəzinin sənədlərinin və ya xidmət göstəriləcək yer ilə bağlanmış icarə müqaviləsinin notarial qaydada təstiq edilmiş surətləri və təmir işlərinin yerinə yetirilməsi zamanı istifadə ediləcək texnoloji avadanlıqlar və alətlər barədə məlumat;

Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Fəxrəddin Nuriyev , Hüquq və kadrlar şöbəsinin müdiri

Email: [email protected]

Əlaqə telefonu: 0125331893

 

Seçilən
348
49
fed.az

10Mənbələr