Hilin faydaları bunlardır:- Mədə turşusunu tənzimləyərək həzmi asanlaşdırır. Xüsusilə, ürəkbulanma və mədə ağrısı olan insanlar üçün xeyirlidir. - Menstruasiya zamanı yaranan spazmları və krampları aradan qaldırmaqda kömək edir. - Qandakı faydalı hüceyrələri tarazlaşdıraraq, yüksək təzyiq riskini azaldır.- Dişlərinizin çürüməsinin və ağız qoxusunun qarşısını alır.- Qandakı şəkəri tarazlaşdırır.- Psixoloji vəziyyətlərin öhdəsindən gəlməyə kömək edir. Xüsusilə stress, panik atak, depressiya və narahatlıq kimi vəziyyətlərdə gecə yatmazdan əvvəl bir stəkan hil çayı içmək faydalıdır.- Boğaz iltihabına qarşı təsirlidir.- Hilin tərkibində çoxlu A vitamini var. Güclü yaddaş üçün hil bitkisindən istifadə edə bilərsiniz.- Hil çox yüksək sidikqovucu xüsusiyyətlərə malikdir. Müntəzəm olaraq hil istehlakı böyrək, sidik kisəsi və sidik problemləri kimi xəstəlikləri aradan qaldırır.- Ağciyər və qaraciyər sağlamlığı üçün çox faydalı bitkidir.
Seyranə Quliyeva / Metbuat.az