Darçın dadlı və sağlam ədviyyat kimi tanınır. Həmçinin, orqanizmə darçının bir çox faydaları da var.
"Cebhe.info" darçının bəzi faydaları təqdim edir:
*Ənənəvi tibbdə darçın bağırsaq xəstəliklərini aradan qaldırmaq və həzm sistemini tənzimləmək üçün istifadə olunur.
*Darçın dəri ləkələrinə yaxşı gəlir və dərini canlandırır. Xüsusilə bal ilə hazırlanan maskalar dəri gözəlliyinə töhfə verir.
*Darçının tərkibində zərərli maddələrin bədəndən çıxarılmasına kömək edən antioksidanlar var.
*Soyuqdəymə və tənəffüs yolu infeksiyaları kimi xəstəliklərə qarşı qoruyucu xüsusiyyətlərə malikdir.
*Darçın qan dövranını yaxşılaşdırır və xüsusilə diabet xəstələri üçün faydalıdır.
*Darçın alzheimer xəstəliyinə qarşı qoruyucu təsir göstərə bilər.
*Darçın bəzi xərçəng növlərinə qarşı qoruyucu xüsusiyyətlərə malik ola bilər.