Xalq artisti Vidadi Həsənov niyə əməliyyat olunub?
Xalq artisti, “M Teatr”ın bədii rəhbəri Vidadi Həsənov əməliyyat olunub. Saglamolun.az xəbər verir ki, bu barədə Bakupost.az-a Xalq artisti özü məlumat verib: “Bir ay əvvəl sol gözümdə problem yarandı. Demək olar ki, görmürdüm. Müayinə zamanı göz dibində “at nalı qopması” diaqnozu qoyuldu. Dünən əməliyyat etdirdim”. V.Həsənov bildirib ki, özünü yaxşı hiss edir: “Bu gün səhər tezdən öz fəaliyyətimlə məşğulam. Özümü çox yaxşı hiss edirəm, sol gözümün görmə qabiliyyəti isə bərpa olunmaqdadır”.