EN

Qəzzada ölənlərin sayı 28 min 858-ə yüksəldi


İsrailin Qəzza zolağına hücumlarında ölən fələstinlilərin sayı 28 min 858-ə çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə aklavın Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Qəzzada yaralanan fələstinlilərin sayı isə 68 min 677 nəfər təşkil edib.
Son 24 saatda Qəzza zolağında ölənlərin sayı 83, yaralananların sayı isə 125 nəfər olub.
Məlumatda həmçinin, dağıntılar altında və yol kənarlarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi nəticəsində tibb və mülki müdafiə heyətlərinin cəsədlərə çata bilmədiyi bildirilib.
Chosen
263
1
yeniavaz.com

10Sources