Türkiyədə müalicə olunan əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin səhhəti normallaşıb.AzVision.az "Report"a istinadən bildirir ki, bu barədə İstanbulda yerləşən şəhid Mübariz İbrahimov adına məktəbin rəhbəri Aygün Həsənoğlu məlumat verib.
O deyib ki, Cavanşir Quliyev müalicə olunduğu İstanbul Acıbadəm xəstəxanasında intensiv şəraitdən stasionar müalicəyə köçürülüb:
"Reanimasiyadan palataya gətirlib. Bir neçə dəfə əməliyyat olunub, həkimlər səhhətinin yaxşılaşdığını və müalicələrə çox müsbət reaksiya verdiyini bildiriblər".
Fevralın 5-də İstanbulda işgüzar səfərdə olan sənətkarın səhhəti qəflətən pisləşib və o, Ətfal Araşdırma Xəstəxanasına, sonra isə Acıbadəm Xəstəxanasına aparılıb.
Bəstəkarın müalicəsinə Heydər Əliyev Fondu tərəfindən dəstək göstərilir.
AzVision.az