EN

İldə 40 erkən nikah halının qarşısı alınır - Komitə rəsmisi

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən il ərzində 30-40 erkən nikah halının qarşısı alınır.

Yenisabah.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Komitənin hüquqi-təminat şöbəsinin müdiri Taliyə İbrahimova bildirib.

Onun sözlərinə görə, eyni zamanda, yerli icra hakimiyyəti orqanlarından da məlumatları sorğu edirlər:

“Onların verdiyi məlumata görə, 2022-ci ildə 300-ə yaxın erkən nikah halının qarşısı alınıb. Yeni statistika məlumatlar toplandıqdan sonra ictimaiyyətə təqdim olunacaq”.


Telegram kanalımız
Chosen
207
3
yenisabah.az

4Sources