EN

HƏMAS İsrailin şimalına raket zərbələri endirib

Fələstinin HƏMAS radikal hərəkatı Livanın cənubundan İsrailin şimalına iki yaylım atəşi açdığını bildirib.

Bu barədə “Reuters” HƏMAS-ın hərbi qanadı olan “Əl-Qəssam Briqadaları”nın Telegram-kanalında verdiyi açıqlamaya istinadən məlumat yayıb.

Qeyd olunur ki, iki raket salvosu 40 Qrad raketindən ibarət olub.

Briqada İsrail ordusunun 769-cu Şərq briqadasının qərargahını və Beyt Hilaldakı hava limanının kazarmalarını vurduğunu bildirib.

Eyni zamanda, fevralın 27-də Livanın şiə yarımhərbi qruplaşması “Hizbullah” İsrailin hava nəzarəti bazasına böyük hücumu elan edib. Təşkilat hücumu Baalbek şəhərinin atəşə tutulmasına cavab adlandırıb.

Chosen
265
2
dogru.az

10Sources