AZ

Misir Qəzzada fələstinli qaçqınlar üçün 2 düşərgə tikəcək


Qəzza zolağında köçkünlər üçün iki yeni düşərgə tikiləcək. Humanitar layihə Misir tərəfindən həyata keçirilir.

News24.az xəbər verir ki, bu barədə “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.

Düşərgələrdən biri anklavın cənub hissəsində, digəri Der əl-Bəlahın şimalında tikiləcək.

“Hazırda Xan Yunis şəhəri yaxınlığında iş gedir. Gələn həftə ərzində düşərgənin açılması planlaşdırılır”, - deyə telekanal əlavə edib.//apa






Seçilən
220
50
news24.az

10Mənbələr