Martın 8-i Bakı metropoliteni gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq. Bu barədə Azərbaycan çempionunun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, "Qarabağ” Bakıda Almaniyanın "Bayer 04" klubuna qarşı keçirəcəyi UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununun gec saatlarda başlaması ilə əlaqədar "Bakı Metropoliteni” QSC-yə metropolitenin iş rejimində dəyişiklik edilməsi barədə müraciət ünvanlayıb.
Martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ” - "Bayer 04” oyunu saat 21:45-də başlayacaq. Komandalar arasında cavab görüşü martın 14-də Leverkuzendə təşkil ediləcək.
www.anews.az