AZ

“Qarabağ”a görə metronun iş rejimi dəyişdirildi

“Qarabağ” Bakıda "Bayer 04" klubuna qarşı keçirəcəyi UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununun gec saatlarda başlaması ilə əlaqədar “Bakı Metropoliteni”nə iş rejimində dəyişiklik edilməsi barədə müraciət ünvanlayıb.

Yenisabah.az xəbər verir ki, Bakı metropoliteni martın 8-nə keçən gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Bayer 04” oyunu saat 21:45-də başlayacaq. Komandalar arasında cavab görüşü martın 14-də Leverkuzendə təşkil ediləcək.


Telegram kanalımız
Seçilən
230
50
yenisabah.az

10Mənbələr